AZN
Mansard evlerin tikintisi billur inşaat - Billur İnşaat Баку (Азербайджан) - услуги недорого
Отзывов: 0
Billur İnşaat
+994 (77) 438-01-09
Mansard evlerin tikintisi Billur İnşaat
  • Mansard evlerin tikintisi Billur İnşaat

Mansard evlerin tikintisi Billur İnşaat

Описание

Mansard evlerin tikintisi.

Mansard evlerin tikintisi Billur İnşaat

Mansard arxitekturanın mühüm elementlərindən biridir və hər bir evə möhtəşəm bir görünüş verir, başlıcası evin yaşayış sahəsini xeyli genişləndirir. Bəllidir ki, mansardlar evlərin damlarının altında qurulur, bu zaman damların müəyyən elementləri mansardın divarları kimi istifadə olunur. Adama elə gəlir ki, mansardlar evləri tamamlayır və onlar uzun zamanlar mövcud olublar. Bəli, evlərdə mansardların olması memarlıq baxımından olduqca təbiidir. Maraqlıdır ki, ilk dəfə mansardlar 1630-cu ildə Parisdə peyda olub, qısa vaxt ərzində şəhər sakinlərinin diqqətini cəlb edib, Fransa memarlığının bir elementi kimi mansardlar o vaxtdan öz populyarlığını qoruyaraq saxlaya bilib və dünya arxitekturasının mühüm elementlərindən birinə çevrilib. Bu gün evlərin damlarında mansardların qurulması sadəcə praktik xarakter daşımır, yəni təkcə faydalı deyil, həm də özündə estetik mənalar və çalarlar ehtiva edir və binaya bir kübarlıq və yüksək elitar cəmiyyətə məxsusluq gətirir. Bəli, zövqlə qurulmuş mansard indi hər hansı bir binaya əlavə gözəllik və yaraşıq verir! Bu gün Avropa ölkələri ilə yanaşı, şimal qonşumuz olan Rusiyanın əksər vilayətlərində yaraşıqlı və rahat mansardlara malik olmaq arzusunda olanların sayı sürətlə artır. Məsələn, Kaluqa şəhərində bu məsələ ilə şəhərdəki məişət xidmətləri kompaniyası məşğuldur. Bizim "BİLLUR İNŞAAT" şirkəti ilə həmin kompaniyanın sıx işgüzar əlaqələri mövcuddur. Biz Kaluqadakı həmin müəssisənin, eləcə də Sankt-Peterburq, Sıktıvkar və başqa şəhərlərdəki mansardlar, verandalar, terrasların qurulması shəsində ixtisaslaşan bir sıra özəl müəssisələrlə əlaqəlar yaradıb onların təcrübəsindən faydalanmağa çalışmışıq. Dərin məsuliyyət hissi ilə deyə bilərik ki, artıq "BİLLUR İNŞAAT" şirkətinin mansardlar, verandalar və terrasların tikintisi və qurulmasında kifayət qədər təcrübəsi var. Bu sahədə gördüyümüz original işlər müştərilərin razılığına səbəb olur. Müştərilərin etimadını qazandıqca, təbii ki, uğurlarımızla yanaşı işə dərin məsuliyyətimiz də artır. Biz etibarlı tərəfdaş olaraq müştərilərin dərin inamını qazanmaq və daim qorumaq niyyətindəyik.

Информация актуальна: 08.12.2023

Подробнее

Предлагаем услугу Mansard evlerin tikintisi Billur İnşaat. Компания Billur İnşaat, Баку (Азербайджан) - только качественные услуги. Звоните!
LiveInternet